Aralıq orucu tutanlara vacib xəbərdarlıq
Son illərdə aralıq orucu həm sağlamlıq, həm də arıqlama məqsədilə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu pəhriz rejimini hər kəs eyni şəkildə tətbiq etməməlidir.
BAKU.WS xəbər verir ki, həkimlərin sözlərinə görə, aralıq orucu zamanı bədənin uzun müddət ac qalması maddələr mübadiləsini sürətləndirsə də, bəzi insanlarda başgicəllənmə, zəiflik və mədə problemlərinə səbəb ola bilər. Xüsusilə şəkərli diabet, qan təzyiqi və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə bu pəhrizi həkim nəzarəti olmadan tətbiq etmək qətiyyən tövsiyə edilmir.
Mütəxəssislər bildirirlər ki, oruc tutulan saatlardan sonra qəbul edilən qidaların keyfiyyəti çox önəmlidir. Pəhrizdə protein, lif və vitaminlərlə zəngin qidaların yer alması, su qəbulunun artırılması vacibdir. Fast-food və şirniyyat kimi ağır qidaların birdən-birə çox miqdarda yeyilməsi sağlamlığa ciddi zərər vura bilər.
Qeyd edək ki, aralıq orucu ən çox 16:8 sistemi (16 saat ac qalmaq, 8 saat ərzində yemək) ilə tanınır və hazırda dünyanın bir çox ölkəsində ən populyar qidalanma üsullarından biridir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 949 Tarix: 29 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredici əlamətləri ya görməzlikdən gəlir, ya da onları adi yorğunluqla əlaqələndirir
12 iyulAlimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul
Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasın
2 avqustNə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13 iyulİnsan ömrünün son həddi açıqlandı
Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalmanı ləngidən ideal dərman hazırlansa belə, insanların əbədi yaşaması mümkün olmayacaq. "Qafqazinfo"nun məlumatına görə, rusiyalı alimlərin yeni araşdırması göstərir ki, hüceyrələrdə zamanla yığılan təsadüfi DNT mutasiyaları insan ömrü üçün aşılmas
24 iyulÜrək sağlamlığını qorumağa kömək edən 9 faydalı və dadlı qəlyanaltı
Ürək üçün faydalı qəlyanaltılar adətən doymuş yağlar və natrium baxımından az, lif, antioksidant və faydalı qida maddələri baxımından isə zəngin olur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, bu məhsullar iltihabi proseslərin azalmasına kömək edir və ürək-dama
27 iyulDünyanı yeni pandemiyalar bürüyə bilər - XƏBƏRDARLIQ
Dünya COVID-19 pandemiyasından dərs çıxarsa da, yeni epidemiyalara qarşı hələ də kifayət qədər hazırlıqlı deyil. -ın xarici mediaya istinadən xəbərinə görə, beynəlxalq ekspertlər bildirirlər ki, təhlükəli yoluxucu xəstəliklərin yayılması halları getdikcə artır, epidemiyalar daha geniş miqyas alır v
12 iyul