Bu əlamətlər ağır xəstəliyin xəbərçisidir
Rusiyalı nevroloq Olqa Zinçeva demensiyanın ilkin əlamətləri barədə danışıb.
Sonxeber.az xəbər verir ki, nevroloqun sözlərinə görə bu xəstəlik beyin strukturlarının zədələnməsi nəticəsində inkişaf edir və yaddaş, diqqət, nitq, düşünmə, gündəlik fəaliyyətlər kimi koqnitiv funksiyaların pozulması ilə müşayiət olunur.
Demensiya əvvəlcə insanın gündəlik həyatına təsir edir, iş və məişət işlərini çətinləşdirir, gec mərhələdə isə şəxsiyyətin dərin dağılmasına gətirib çıxarır.
Ən erkən simptomlardan biri qısamüddətli yaddaşın zəifləməsidir. İnsan yaxınlarının adını unuda, son günlərdə baş verən hadisələri xatırlamaya, tanış marşrutlarda çaşa bilər. Bəzi hallarda pasiyentlər eyni sualı dəfələrlə təkrarlayır.
Xəstəliyin başlanğıcında səbəbsiz depressiv hallar da tez-tez rast gəlinir. Pasiyentlərdə kədərli əhval, təşviş, şübhəçilik və inamsızlıq yaranır. Digər vacib əlamət isə məişətdə səliqəsizlikdir - insan şəxsi gigiyenaya laqeyd yanaşır, geyim və xarici görünüşünə fikir vermir. Zamanla vaxt və məkanda orientasiya da pozulur, dərmanların qəbulu və gündəlik rejim qarışır.
Zinçeva qeyd edib ki, intellektual qabiliyyətlər də zəifləyir: sadə hesablamaları və alış-verişi etmək çətinləşir, fikirlərini aydın ifadə etmək və sözləri seçməkdə problem yaranır. Bəzi hallarda isə hallüsinasiyalar müşahidə olunur.
Nevroloq vurğulayıb ki, demensiyadan şübhələndikdə vaxtında həkimə müraciət etmək vacibdir. Diaqnoz xüsusi testlər və müayinələr əsasında qoyulur, daha sonra müalicə təyin edilir. Profilaktika üçün isə koqnitiv funksiyaların mütəmadi məşqi, aktiv həyat tərzi və ümumi sağlamlığın qorunması əsas amillərdir.(Milli.az)
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1350 Tarix: 01 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
3 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrBədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
6 sentyabrPeyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
5 sentyabrBu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14 sentyabrC vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureat
1 sentyabrSarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12 sentyabrAlimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13 sentyabrAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16 sentyabr