"Stratus", "Nimbus": Azərbaycanda sürətlə yayılan viruslar – Təhlükəlidir?

"Stratus", "Nimbus": Azərbaycanda sürətlə yayılan viruslar – Təhlükəlidir?Son günlər ölkə ərazisində müxtəlif infeksion xəstəliklərin artması müşahidə olunur. Yaşından asılı olmayaraq bir çox insan müxtəlif viruslarla mübarizə aparır. Virusa yoluxanlar əsasən, yüksək hərarət, davamlı öskürək, boğaz ağrısı kimi əlamətlərdən şikayətlənirlər. Eyni zamanda, cəmiyyətdə COVID-19-un yenidən yayılması ilə bağlı narahatlıqlar və müzakirələr də gündəmdədir.

Bəs, əslində nə baş verir? Hazırda yayılan virus nə dərəcədə təhlükəlidir və proses nəzarət altındadırmı?

"Bu il də eyni mənzərə ilə üzləşəcəyik"

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, hazırda ölkədə epidemioloji durum sabitdir: "Havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. Bu adi haldır və bu il də eyni mənzərə ilə üzləşəcəyik. Hazırda ölkədə epidemioloji durum sabitdir, kəskin respirator virus infeksiyalarına yoluxma hallarının keçən ilin eyni dövrü ilə müqayisədə artmadığını qeyd edə bilərik".

Yeni koronavirusa yoluxma var?

Əhali arasında COVID-19-la bağlı müzakirələrə gəldikdə isə, mütəxəssis deyir ki, klinik seyrə görə KRVİ və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil: "COVID-19 xəstəliyinin təsdiqlənməsi üçün şəxsin müayinədən keçməsi tələb olunur. Hazırda Yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur".

"Qripə qarşı vaksinasiya ciddi tövsiyə olunur"

Mütəxəssis vurğulayır ki, ötən ay mövsümi qripə yoluxma hallarında artım müşahidə olunmayıb: "Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır (KRVİ). Hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aktiv aşkarlanması və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplanmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması mütləqdir. Bundan əlavə, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalmasında önəm daşıyır. Risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur".

Həm böyüklər, həm də uşaqlar...

İnfeksionist Mərdan Əliyev bildirir ki, payız-qış mövsümündə kəskin respirator virus, qripəbənzər, yuxarı tənəffüs yolları infeksiyalarına həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir. Onun sözlərinə görə, məhz bu dövrdə bir sıra viruslar aktivləşir: "Onların arasında rinovirus, adenovirus, rotavirus (xüsusilə uşaqlarda bu virus həm də bağırsaq infeksiyalarına səbəb olur), influenza (qrip), noravirus və koronaviruslar əsas yer tutur. Sözügedən viruslar əksər hallarda yuxarı tənəffüs yolları xəstəliklərinə yol açır".

"Dünyada COVID-19-un yeni ştamına yoluxmalar artıb"

COVID-19-la ilə bağlı məsələyə gəlincə, mütəxəssis vurğulayır ki, dünyada, COVID-19-un yeni ştamlarına yoluxmalar artıb: "Bu ştamların simptomları əvvəlkilərdən fərqlənmir. Demək olar ki, qrip əlamətləri ilə eynidir. Ona görə də bu virusu digərlərindən fərqləndirmək çətindir. Azərbaycanda da yoluxma hallarında artım müşahidə oluna bilər. Lakin hazırda konkret diaqnostika aparılmadığı üçün yoluxmanın hansı virusa aid olduğunu dəqiq müəyyən etmək mümkün deyil. Buna ciddi ehtiyac da yoxdur, çünki simptomlar bir-birinə oxşardır və tətbiq olunan müalicə protokolları demək olar ki, eynidir".
Həkim bildirir ki, hazırda ona müraciət edən xəstələrin sayında artım var: "Bu da gözləniləndir, çünki hər il olduğu kimi, payız-qış mövsümündə infeksion xəstəliklərə yoluxma halları artır və bu, təbii proses sayılır".

Yuxu rejimi, istirahət, balanslı qidalanma

Mütəxəssis vurğulayır ki, ev şəraitində infeksion xəstəliklərin qarşısını almaq üçün immun sistemini güclü saxlamaq tövsiyə olunur: "Təbii C vitamini ilə zəngin meyvə və tərəvəzlər, kivi, portağal, limon, qırmızı bibər və s. immun sistemini dəstəkləyir və yoluxma halında xəstəliyin daha yüngül keçməsinə kömək edir. D vitamini isə yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Yuxu rejimi, düzgün istirahət və balanslı qidalanma da vacib amillərdəndir".

Əgər artıq xəstələnmişiksə, evdə qalmaq və işə getməmək tövsiyə olunur. Bu, həm ətrafdakı insanları yoluxdurmamaq, həm də xəstəliyin ağırlaşmasının qarşısını almaq baxımından vacibdir: " Ev şəraitində istirahət, bol maye qəbulu, C vitamini ilə dəstək və bədənin soyuqdan qorunması xəstəliyin daha yüngül və rahat keçməsinə şərait yaradır".

"Stratus", "Nimbus"...

Məlumat üçün bildirək ki, 2025-ci ilin ortalarından etibarən dünyada COVID-19-un yeni ştamları yayılmağa başlayıb. Bu yeni variantlar əsasən "Stratus", "Nimbus" adları ilə tanınır və müxtəlif ölkələrdə yoluxma hallarının artmasına səbəb olub. "Stratus" adlı yeni ştam ilk dəfə Böyük Britaniyada aşkarlanıb və XFG.3 subvariantı ilə tanınır. Bu ştam "Omikron" ştamının nəslindəndir və əvvəlki variantlardan daha yoluxucu ola bilər. "Nimbus" adlı yeni ştam isə ilk dəfə 2025-ci ilin yazında Böyük Britaniyada aşkarlanıb və artıq Hindistan, ABŞ və digər ölkələrdə də yayılıb. Bu variantın əsas simptomları kəskin boğaz ağrısı, şiddətli zəiflik, temperaturun yüksəlməsi və titrəmədir. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı əvvəlki ştamlarla müqayisədə daha ağır hesab etmir, lakin vəziyyəti izləməyə davam edir.

Bu yeni ştamların yayılması, xüsusilə payız-qış mövsümündə respirator virusların artması ilə üst-üstə düşür. Bu səbəbdən, mütəxəssislər şəxsi gigiyena qaydalarına riayət etmək, immunitet sistemini gücləndirmək və xəstəlik simptomları müşahidə edildikdə evdə qalmağı tövsiyə edirlər. ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 544   Tarix: 04 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Köp, ürəkbulanma və qarın ağrısı: Qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyi? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qastroenteroloji xəstəliklər barədə müzakirə aparılıb. Qarın ağrısı hansı hallarda xəstəlik əlaməti sayılır?. Uzunmüddətli qəbizliyin səbəbləri nədir?. Qida zəhərlənməsi ilə həzm xəstəlikləri necə fərqlənir?. Helikobakter pilori hansı xəstəliklər

26 iyul
.

Sağlam olmayan münasibətlərin 7 gizli əlaməti - Psixoloq açıqladı

Amerikalı psixoloq Mark Trevers (Mark Travers) diqqətdən yayınan, lakin münasibətin sağlam olmadığını göstərən yeddi əsas əlaməti sadalayıb. Qaynarinfo-nun məlumatına görə, CNBC-də dərc olunan məqaləsində Trevers bildirib ki, bir çox insan aylarla, hətta illərlə sağlam olmayan münasibətlərdə qalır. Onla

13 iyul
.

Dəhşətli baş ağrısının ŞOK SƏBƏBlərindən biri üzə çıxdı

Dondurma, buzlu içkilər və digər soyuq qidaların qəbulundan sonra yaranan qəfil ağrı tibbdə soyuq stimuluna bağlı baş ağrısı adlanır. Xüsusilə yay aylarında daha çox rast gəlinən bu vəziyyət qısamüddətli olsa da, kifayət qədər narahatlıq yarada bilir. xəbər verir ki, bu vəziyyət çox soyuq qida və y

12 iyul
.

İnsan fizioloji olaraq maksimum neçə il yaşaya bilər?

İnsanlıq tarixində ən uzun ömür sürdüyü sənədləşdirilən şəxs 122 il 164 gün yaşayıb. Bəs qocalma prosesləri tamamilə dayandırılsa və hüceyrə səviyyəsində geri dönməz zədələr aradan qaldırılsa, insan orqanizminin maksimum ömrü neçə il ola bilərdi?. Qaynarinfo xəbər verir ki, alimlər orqanların nəzər

4 avqust
.

İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil

19 iyul
.

"Qlobal istiləşməyə qarşı mübarizə üsulları effektsizdir"-Adil Qeybulla

Ölkə ərazisində önümüzdəki günlərdə havanın kəskin istiləşəcəyi və temperaturun yüksələcəyi gözlənilir. Sinoptiklərin xəbərdarlıq etdiyi bu istilər fonunda mütəxəssislər görünən və görünməyən bir çox risklərin ortaya çıxdığını bildirirlər. Yaranmış vəziyyətin həm insan orqanizminə, həm də ekosistem

4 avqust
.

Rusiyalı həkim insan ömrünü 10-15 il qısaldan əsas amilləri açıqladı

İnsan ömrünü dəqiq neçə il qısaldığını müəyyən etmək mümkün olmasa da, bəzi vərdiş və amillərin həyat müddətinə ciddi təsir göstərdiyini göstərən elmi statistikalar mövcuddur. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Kristina Radina -ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, hə

2 avqust
.

Beyini təhdid edən böyük təhlükə: 2050-ci ilədək 139 milyona çata bilər

Ümumdünya Səhiyyə Təşkilatınin (ÜST) məlumatına görə, hazırda dünyada 55 milyondan çox insan demansiyadan əziyyət çəkir. Əhalinin yaşlanması ilə əlaqədar bu göstəricinin 2050-ci ilədək 139 milyona yüksələcəyi proqnozlaşdırılır. Qaynarinfo xəbər verir ki, demansiya yalnız unutqanlıqla məhdudlaşmır. B

30 iyul
.

55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?

100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək

22 iyul