Yaraları necə sağaltmaq olar?
Yaraların düzgün şəkildə müalicə olunması həm sağalma prosesini sürətləndirir, həm də infeksiya riskini azaldır.
Axşam.az xəbər verir ki, kiçik kəsik, sıyrıq və ya zədələr ev şəraitində düzgün qulluqla qısa müddətdə sağala bilər.
Yaranı təmizləmək vacibdir
Yara yaranan kimi ilk növbədə əllər sabunla yuyulmalıdır. Daha sonra zədələnmiş nahiyə ilıq su altında təmizlənməli, torpaq və ya digər yad cisimlərdən arındırılmalıdır. Lazım gəldikdə steril tənzifdən istifadə etmək olar.
Spirt və ya yod kimi güclü maddələrin birbaşa açıq yaraya çox istifadə olunması toxumaları qıcıqlandıra bilər. Buna görə antiseptik vasitələr ehtiyatla tətbiq edilməlidir.
Qanaxmanı dayandırmaq
Kiçik qanaxmalar adətən bir neçə dəqiqə ərzində dayanır. Bunun üçün təmiz tənzif və ya sarğı ilə yaraya yüngül təzyiq göstərmək kifayətdir. Əgər qanaxma uzun müddət davam edirsə və ya güclüdürsə, həkimə müraciət edilməlidir.
Yaranın örtülməsi
Təmizlənmiş yara steril sarğı və ya plastırla örtülməlidir. Bu, mikrobların yaraya daxil olmasının qarşısını alır və sağalma üçün uyğun mühit yaradır. Sarğı gündəlik dəyişdirilməli və yara daim təmiz saxlanmalıdır.
Sağalma prosesini sürətləndirən amillər
Yaranın daha tez sağalması üçün orqanizmin düzgün qidalanması mühüm rol oynayır. Xüsusilə zülal, C vitamini və sinklə zəngin qidalar toxumaların bərpasını sürətləndirir. Kifayət qədər su qəbul etmək və yuxu rejiminə diqqət etmək də vacibdir.
Siqaret çəkmək və stres isə sağalma prosesini ləngidə bilər.
Aşağıdakı hallarda mütləq tibbi yardım almaq lazımdır:
Yara dərin və böyükdürsə
Güclü qanaxma dayanmasa
Yarada irin, şişkinlik və ya qızartı yaranarsa
Hərarət yüksələrsə
Heyvan dişləməsi və ya paslı əşya ilə zədə baş veribsə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
7 noyabrİnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12 noyabrSosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
2 noyabrToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
2 noyabrAdi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
15 noyabrGündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11 noyabrİnsanın çəkisi beyninin qocalmasına təsir edir - Alimlərdən xəbərdarlıq
Orta yaş dövründə artıq çəkiyə sahib olmaq yaddaşın zəifləməsi və zehni qabiliyyətlərin daha sürətlə azalması ilə əlaqəli ola bilər. Yeni araşdırma göstərib ki, bədən çəkisinin normallaşdırılması bu prosesi cəmi iki il ərzində ləngitməyə kömək edə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Corciy
25 noyabrBakıda göbələk və qotur artıb: Həkim nələr danışdı? -VİDEO
Son vaxtlar Bakıda göbələk və qoturluqla bağlı həkimə müraciətlərin sayı xeyli artıb. xəbər verir ki, bu barədə dermatoloq Azər Şamilov "Künc-Bucaq" kanalının qonağı olarkən danışıb. Həkimin sözlərinə görə, dəri problemlərinin yaranmasında geyim seçimi də mühüm rol oynayır. Hətta bahalı geyimlə
15 noyabr