Tərkibində maqnezium yüksək olan 12 qida
Maqnezium orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Bununla belə, bir çox insan bu elementi qida vasitəsilə kifayət qədər qəbul etmir. Diyetoloqlar maqneziumun ilk növbədə qida məhsullarından alınmasını tövsiyə edirlər, çünki bu yolla orqanizm digər faydalı maddələri də qəbul edir.
Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, dietoloq Jaklin London bildirib ki, maqnezium əzələlərin yığılması, sinir sisteminin normal fəaliyyəti, sümüklərin sağlamlığının qorunması, enerji mübadiləsi, qanda şəkərin səviyyəsinin və arterial təzyiqin tənzimlənməsi, həmçinin su-elektrolit balansının saxlanılması üçün vacibdir.
Onun sözlərinə görə, maqneziumu qida məhsullarından almaq əlavələrdən istifadə ilə müqayisədə daha məqsədəuyğundur. Çünki bu məhsullar orqanizmi eyni zamanda lif, zülal, sağlam yağlar və antioksidantlarla da təmin edir.
Tərkibində maqnezium yüksək olan 12 qida:
Balqabaq tumu - 28 qramında 156 mq maqnezium var. Maqneziumun ən zəngin mənbələrindən biridir və salatlara, şorbalara, eləcə də xəmir məmulatlarına əlavə edilə bilər.
İspanaq - 1 stəkan bişmiş ispanaqda 157 mq maqnezium var. Yarpaqlı yaşıl tərəvəzlər maqneziumun ən yaxşı mənbələrindən hesab olunur.
Çia toxumu - 28 qramında 95 mq maqnezium var. Tərkibində həmçinin omeqa-3 yağ turşuları, lif və tam dəyərli bitki mənşəli zülal mövcuddur.
Badam - 28 qramında 76,5 mq maqnezium var. Həmçinin sağlam yağlar və zülalla zəngindir.
Tünd şokolad (70-85 faiz kakao) - 28 qramında 65 mq maqnezium var. Kakao faizi nə qədər yüksəkdirsə, şəkərin miqdarı bir o qədər az, faydası isə daha çox olur.
Qara lobya - yarım stəkan bişmiş məhsulda 60 mq maqnezium var. Həmçinin lif və bitki mənşəli zülal baxımından zəngindir.
Soya südü - 1 stəkanında 51 mq maqnezium var. Maqnezium tofu və edamamedə də mövcuddur.
Avokado - orta ölçülü bir meyvədə 39 mq maqnezium var. Sağlam yağların mühüm mənbələrindən biridir.
Banan - bir ədədində 32 mq maqnezium var. Tərkibində həmçinin kalium və C vitamini mövcuddur.
Qəhvəyi düyü - yarım stəkan bişmiş məhsulda 30 mq maqnezium var. Digər tam taxıl məhsulları da bu mineralın yaxşı mənbələridir.
Yoqurt - 1 stəkan təbii yoqurtda 30 mq maqnezium var.
Qızılbalıq - 85 qramında 25 mq maqnezium var. Tərkibində ürək sağlamlığı üçün faydalı olan omeqa-3 yağ turşuları da mövcuddur.
Gündə nə qədər maqnezium lazımdır?
Diyetoloqların sözlərinə görə, böyüklərin gündəlik maqnezium tələbatı 310-420 mq arasında dəyişir. Dəqiq norma yaşdan, cinsdən, hamiləlik və südvermə dövründən asılıdır.
Mütəxəssislər qeyd edirlər ki, ciddi maqnezium çatışmazlığı nisbətən nadir hallarda müşahidə olunur. Bunun səbəbi orqanizmin bu mineralı sümüklərdə və yumşaq toxumalarda toplamaq qabiliyyətinə malik olması, həmçinin qandakı maqnezium səviyyəsinin böyrəklər tərəfindən ciddi şəkildə tənzimlənməsidir. Buna görə də adi qan analizi maqnezium çatışmazlığını hər zaman aşkar etmir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Orqan donorluğu həyati əhəmiyyət daşıyan tibbi prosedur olsa da, donor üçün də müəyyən sağlamlıq riskləri yarada bilər. Əməliyyatın özü, bərpa dövrü və orqan funksiyasındakı dəyişikliklər donorun sağlamlıq vəziyyətindən və hansı orqanın bağışlanmasından asılı olaraq müxtəlif fəsadlara səbəb ola bilər
25 sentyabrAzərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark
4 oktyabrGözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj
27 sentyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrBu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
4 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrİnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22 sentyabrQan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı
Zəncəfil çayı qan təzyiqini və qan laxtalanma riskini azaldır. " "ya istinadən xəbər verir ki, Akademik Roytberq Klinikasının qastroenteroloqu Yevgeni Belousov bu barədə məlumat paylaşıb. Onun sözlərinə görə, içki qan təzyiqini aşağı salmağa, qan laxtalarını azaltmağa və qan dövranını yaxşılaşdırmağ
29 sentyabr